İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Malaziyanın məşhur və tanınmış alimi və Quran müəllimi Şeyx Həsən Əzhəri bir ömür Qurani-Kərimə xidmət etdikdən sonra Haqqın dəvətinə "Ləbbeyk" dedi.
Bu barədə İQNA-ya İndoneziyanın Qurani-Kərim fəalı və tanınmış Quran yarışları hakimi Əqil Hüseyn Münəvvər məlumat verib.
Ustad Əzhərinin vəfatı barədə məlumat verən Əqil Hüseyn əlavə edib ki, Malaziyanın məşhur və tanınmış alimi və Quran müəllimi Şeyx Həsən Əzhəri bir neçə dəfə Malaziyanın beynəlxalq Qurani-Kərim yarışlarının hakimlər heyətinin rəisi olub.
Əqili vurğulayıb: Mərhum Ustad Əzhəri bərəkətli həyat yolunda Malaziya, İndoneziya və digər İslami ölkələrin Qurani-Kərim fəaliyyətləri sahəsində dəyərli və qiymətli xidmətər göstərib.
İndoneziyanın Qurani-Kərim fəalı və tanınmış Quran yarışları hakimi Əqil Hüseyn Münəvvər müsahibəsinin sonunda bu Quran xadiminin fəvatı münasibəti ilə Malaziya və İndoneziya Quran fəallarına başsağlığı verib.
http://iqna.ir/fa/news/3754186